logo

Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişdi

10:57 05-08-2019 | icon 2527
Azərbaycanlı zəvvar Məkkədə dünyasını dəyişdi

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən  bildirilib. Qeyd edilib ki, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından dünyasını dəyişən Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Xatırladaq ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.