logo

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk mətbuat konfransını keçirəcək

14:15 01-08-2019 | icon 2632
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk mətbuat konfransını keçirəcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) idarə heyətinin sədri Fərid Şəfiyevin iştirakı ilə mərkəzin ilk mətbuat konfransı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə BMTM-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tədbirdə mərkəzin yarandığı gündən indiyədək gördüyü işlər, fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat veriləcək, media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq. Həmçinin media təmsilçiləri ölkənin xarici siyasətində və beynəlxalq gündəmdə baş verən proseslərlə bağlı Mərkəz rəhbərliyinə və digər əməkdaşlara sual vermək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir. Prezidentin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev BMTM-in İdarə Heyətinin sədri təyin edilib.

Mətbuat konfransı BMTM-in Mirzə İbrahimov 8 ünvanında yerləşən binasında, saat 11-00-da keçiriləcək.