logo

Cüdoçumuz Avropa kubokunun bürünc medalını qazandı

22:27 04-02-2018 | icon 2737
Cüdoçumuz Avropa kubokunun bürünc medalını qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa yekun vurulub.

YeniAvropa xəbər verir  ki,  turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 100 kiloqramdan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.