logo

Bakıda keçirilən atletika üzrə Antipov memorialının qalibləri müəyyənləşib

20:47 03-02-2018 | icon 2926
Bakıda keçirilən atletika üzrə Antipov memorialının qalibləri müəyyənləşib

Fevralın 3-də Respublika Olimpiya Mərkəzində SSRİ və Azərbaycanın Əməkdar idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunan beynəlxalq atletika turniri başa çatıb. Azərbaycan, Rusiya və Gürcüstandan olan iki yaş qrupundakı atletlərin yarışında 50-dək idmançı iştirak edib.YeniAvropa xəbər verir  ki, yarışda atletlər uzunluğa tullanma, üçtəkanla tullanma və yakut tullanmaları üzrə mübarizə aparıblar.

Turnirin sonuncu günündə yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.

“Kıllı” növü üzrə yarışda qadınların mübarizəsində Səbinə Zralova, kişilər arasında isə Səid Nəcəfzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“İstanqa” növündə qadınların mübarizəsində Azərbaycan idmançısı Səbinə Zralova birinci olub. Kişilərin yarışında isə Rüstəm Məmmədov fərqlənib.

“Kuobax” yarışlarında Fəxriyyə Tağızadə və yakut atleti Dmitri Dmitriyev rəqiblərini üstələyərək birinci yeri tutublar.

Üçnövçülükdə isə Səbinə Zralova və Səid Nəcəfzadə birinci pillədə qərarlaşıblar.