“Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah “Goal.com” internet saytının versiyasına görə, 2017-ci ilin ən yaxşı ərəb oyunçusu seçilib. YeniAvropa xəbər verir ki, İngiltərə çempionatının cari mövsümündə misirli futbolçu 24 oyunda 19 qol vurub. Bundan əlavə, ötən il İtaliya çempionatında “Roma”nın heyətində Salahın hesabında 16 qol olub.
Ötən il yarımmüdafiəçi Misir millisinə Afrika kubokunun finalına və dünya çempionatına çıxmaqda kömək edib.
Salah, həmçinin “Afrika-2017”nin ən yaxşı oyunçusu adını qazanıb.
“Goal.com” saytının sorğusunda ikinci yeri Səudiyyə Ərəbistanının “Al-Ahli” komandasının suriyalı hücumçusu Ömər Al-Soma, onun həmyerlisi Səudiyyə Ərəbistanının “Al-Hilal” komandasının hücumçusu Omar Xribin 3-cü pillədə qərarlaşıblar.
“Lester”in yarımmüdafiəçisi Riyad Marez 4-cü, “Napoli”nin müdafiəçisi Fauzi Qulam (hər iki futbolçu Əlcəzairdəndir) 5-ci sırada, 12-ci sırada isə “Arsenal”ın misirli yarımmüdafiəçisi Məhəmməd Əl-Nenni yer alıblar.