UEFA-nın İntizam komissiyası hələ 2015-ci il noyabrın 27-də Ukrayna yığma komandasını bir ev matçını tamaşaçısız oynamaqla cəzalandırıb. YeniAvropa xəbər verir ki, yığma komanda “Avro-2016”nın təsnifat mərhələsində Kiyevin “Olimpiya” stadionunda İspaniyaya qarşı matçda bannerdəki kelt xaçına görə cəzalandırılıb. Qərar qəbul olunduğu vaxtdan sonra Ukrayna UEFA-da matçlar keçirməyib. Yığma komanda bu müddətdə yalnız yoldaşlıq matçları və FIFA-nın 2018-ci il dünya çempionatı seçmə oyunlarında iştirak edib.
Ukrayna yığmasının UEFA himayəsi altında Slovakiya ilə keçirəcəyi matç bu il sentyabrın 9-da boş tribunalar önündə olacaq.