logo

Avqustda Türkiyə, Rusiya və İran  sammiti keçiriləcək

10:57 05-07-2019 | icon 2919
Avqustda Türkiyə, Rusiya və İran  sammiti keçiriləcək

Avqustun ortalarında Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək. 

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, üçtərəfli sammitdə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyanın İdlib bölgəsindəki vəziyyəti, regionda təhlükəsizlik məsələlərini, digər beynəlxalq problemləri müzakirə edəcəklər.

Türkiyə rəsmisi daha sonra qeyd edib ki, digər yüksəksəviyyəli görüş isə Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri arasında keçiriləcək. Əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olacağı bu sammit İstanbulda Türkiyə prezidentinin sədrliyi ilə BMT-nin Baş Assambleyası ərəfəsində təşkil ediləcək.

İ.Kalın Rusiyadan "S-400" raket komplekslərinin alınması məsələsinə də toxunub. Bildirib ki, bu silahlar tezliklər Türkiyəyə gətiriləcək. O əlavə edib ki, bu müdafiə sistemi digər ölkələrin, xüsusilə NATO-nun təhlükəsizlik sisteminə təhlükə törətmir. Kalın qeyd edib ki, raket sistemlərinin Türkiyənin hansı bölgəsində yerləşdiriləcəyinə isə Silahlı Qüvvələrin Baş Komandanlığı qərar verəcək.