Cüdo üzrə Azərbaycan komandası “World Masters” turnirində iki bürünc medal qazanıb
Cüdo üzrə Azərbaycan komandası Sankt-Peterburqda keçirilən “World Masters” beynəlxalq turnirini iki bürünc medalla başa vurub.
Monqol Xadbatar Naranxu üzərində çətin qələbə ilə turnirə başlayan Hidayət Heydərov (73 kq çəki dərəcəsi) minimum tapşırığın öhdəsindən gəlib. Azərbaycan cüdoçusu rəqibinə qarşı iki dəfə “vadza-ari” fəndi işlədib.
Sonra isveçli Tommi Masiasa qalib gələn idmançımız yarımfinalda dünya çempionu Soiçi Xaşimotoya uduzub. Hər şeyi “vadza-ari” qiymətləndirilməsi həll edib. Bürünc medal uğrunda mübarizədə Hidayət monqol Odbayar Qanbatar ilə qarşılaşıb. Əsas vaxtda hesab açılmayıb, əlavə vaxtda isə Heydərov rəqibinin səhvindən istifadə edərək onu məğlubiyyətə uğradıb. Nəticədə azərbaycanlı cüdoçu öz karyerasında ilk dəfə “World Masters” turnirinin medalını qazanıb.
Rüstəm Orucov (73 kq) turnirə amerikalı Aleksandr Terner üzərində təmiz qələbə ilə başlayıb, lakin dörddəbir finalda özbək Qiosjon Boboyevə məğlub olub. Yarışın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda rəqib “vadza-ari” fəndi ilə qalib gəlib. Rüstəm keçirdiyi təsəlli görüşündə Odbayar Qanbatara məğlub olaraq yeddinci yeri tutub.
Püşkatmanın nəticələrinə görə 60 kq çəki dərəcəsində özbək Şarafuddin Lütfillayevlə yarışmalı olan Orxan Səfərov isə turniri tərk edib. Nəticədə rəqib növbəti mərhələyə mübarizə aparmadan keçib.
100 kq çəki dərəcəsində Elxan Məmmədov kiçik finalda tatami sahibi Kirill Denisova qalib gəlib. Azərbaycan təmsilçisi sonrakı döyüşdə “vadza-ari” üsulu ilə iki xal qazanaraq isveçli Yoakim Dvarbini məğlub edib, daha sonra portuqaliyalı Xorxe Fonseki üzərində təmiz qələbə qazanıb. Elxan yarımfinalda hollandiyalı Mixael Korrel ilə qarşılaşıb. Görüşün əsas hissəsində qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə cüdoçumuz xəbərdarlıq alıb. Kiçik finalda o, rusiyalı Kiril Denisova qalib gələrək turniri yeddinci yerdə tamamlayıb.
Məmmədəli Mehdiyev (90 kq) yarışa monqol Altanbaqan Quntulq üzərində əlavə vaxtda ippon fəndi ilə qazandığı qələbə ilə başlayıb. Lakin dörddəbir finalda İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzan Məmmədəlinin ilk təsəlli görüşündə rəqibi macar Kristian Tota olub. Əsas vaxt nəticəsiz başa çatıb, əlavə vaxtda cüdoçumuz “vadza-ari” fəndinə yaxalanaraq yeddinci yeri tutub.
Tural Səfquliyev (90 kq) ilk mərhələdə tataminin sahibi Xusen Xalmyrzayevlə qarşılaşıb. Əsas vaxtda qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə rusiyalı idmançı qalib gəlib.
100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri isə ilk görüşündə monqol Durenbayar Ulzibayara məğlub olub.AZƏRTAC
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb