logo

Azərbaycan II Avropa Oyunlarında növbəti medalını qazandı

16:29 30-06-2019 | icon 3122
Azərbaycan II Avropa Oyunlarında növbəti medalını qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanıb

YeniAvropa xəbər verir  ki, 87  kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3. İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130  kq çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.