logo

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

17:13 07-06-2019 | icon 4004
UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

İyunun 12-də UNESCO-nun Parisdəki Baş Qərargahında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi beynəlxalq səviyyədə qeyd ediləcək. Bununla əlaqədar həmin gün rəsmi tədbir, sərgi və konsert təşkil olunacaq. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, yubiley tədbirinə Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar qatılacaqlar.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.