logo

Azərbaycan yığması Lixtenşteynə uduzdu

22:35 06-06-2019 | icon 2891
Azərbaycan yığması Lixtenşteynə uduzdu

Bu gün gənclər arasında futbol üzrə Avropa çempionatının seçmə turniri start götürüb.

 YeniAvropa xəbər verir  ki, Azərbaycanın "U-21" yığması ilk oyununu Lixtenşteyn komandası ilə qonaq meydançada keçirib.

Bir neçə dəqiqə əvvəl başa çatmış oyunda Lixtenşteyn komandası 1:0 hesabı ilə qalib gəlib. Yeganə topu meydan sahibləri matçın 10-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurublar.