logo

Astarada avtoqəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

13:41 02-06-2019 | icon 3892
Astarada avtoqəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İyunun 2-də səhər saatlarında Astara rayonunun Təxtənəkəran kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa  xəbər verir ki, yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü Əbülfət Səfərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü və sərnişinləri olan Lerik rayon sakinləri - Sərəngül Səfərova, Nazim Şahmuradov, Aytac və Aytəkin Səfərovalar müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Aytəkin Səfərovanın həyatı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.