logo

Voleybolçularımız bu dəfə İspaniya millisinə uduzdular

22:17 29-05-2019 | icon 5320
Voleybolçularımız bu dəfə İspaniya millisinə uduzdular

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir  ki, millimiz Bakıda İspaniya yığmasını qəbul edib.

Almaniyalı baş hakim Evald Matiasın idarə etdiyi oyunda rəqib 3:0 (25:21, 26:24, 25:14) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İtaliyalı baş məşqçi Covanni Kapraranın yetirmələri Belarus, Finlandiya və İspaniya komandaları ilə “C” qrupunda yer alıb. Qrupun digər oyununda Belarus komandası Finlandiyadan üstün olub - 3:0 .

Xatırladaq ki, yığmamız bundan əvvəlki görüşdə mayın 27-də Minskdə Belarus seçməsinə 3:2 hesabı ilə məğlub olmuşdu.

Hazırda İspaniya 6 xalla qrupda liderdir. Belarusun 5, Azərbaycan voleybolçularının hesabında 1 xalı var. Sonuncu pillədə olan Finlandiyanın isə xalı yoxdur.