logo

Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

17:53 08-05-2019 | icon 3647
Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Şəmkir rayonunun Qaracəmilli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, ilkin məlumata görə, “Mercedes” markalı mikroavtobus “VAZ-2107” markalı minik avtomobili ilə toqquşduqdan sonra aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.