logo

Şəhriyar dünya çempionu ilə heç-heçə oynadı

22:17 26-01-2018 | icon 2716
Şəhriyar dünya çempionu ilə heç-heçə oynadı

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. YeniAvropa xəbər verir  ki,  gərgin keçən oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, turnirin başa çatmasına iki tur qalıb.