logo

Salyanda avtoqəza: sürücü həyatını itirdi

10:13 22-04-2019 | icon 3794
Salyanda avtoqəza: sürücü həyatını itirdi

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, Elsevər Nəcəfov idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü E.Nəcəfov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.