logo

Qələbə Şəhriyar Məmmədyarovu liderliyə yüksəltdi

19:42 25-01-2018 | icon 2534
Qələbə Şəhriyar Məmmədyarovu liderliyə yüksəltdi

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi Tata Steel Masters super turnirində onuncu turda Şəhriyar Məmmədyarov qaralarla Rusiya təmsilçisi Pyotr Svidleri məğlub eedərək liderliyə yüksəlib. YeniAvropa xəbər verir  ki, super turnirin başa çatmasına üç tur qalmış yenidən üç lider var .Bunlar azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və norveçli Maqnus Karlsen xalların sayına görə turnir cədvəlinə başçılıq edən yerli şahmatçı Aniş Giriyə çatıblar. Onların hər üçü 7 xal toplayıb. Rusiyalı Vladimir Kramnik liderlərdən yarım xal geri qalır.

On turdan sonra turnir cədvəli: 1-3. Şəhriyar Məmmədyarov, Aniş Giri, Maqnus Karlsen - hərəyə 7 xal; 4. Vladimir Kramnik – 6,5 xal; 5. Vişvanatan Anand – 6 xal; 6-7. Uesli So, Sergey Karyakin – hərəyə 5 xal; 8. Pyotr Svidler – 4,5 xal; 9-12. Vey İ, Haveyn Cons, Maksim Matlakov, Fabiano Karuana – hərəyə 4 xal; 13. Baskaran Adiban – 3 xal; 14. Hou Yifan – 2 xal.

Bu gün turnirdə sonuncu istirahət günüdür.

Yanvarın 26-da keçiriləcək 11-ci turda Karuana-Giri, Məmmədyarov-Karlsen, Karyakin-Kramnik, Anand-Hou İfan, So-Cons, Matlakov-Svidler, Adiban-Vey İ qarşılaşacaql