Argentina prezidenti Maurisio Makri ölkəsinin futbol tarixində hansı oyunçunu daha üstün tutduğunu açıqlayıb. YeniAvropa xəbər verir ki, o, Messinin Maradonadan daha güclü olduğu qənaətinə çoxdan gəldiyini söyləyib. Dövlət başçısı deyib: “Mən Messinin stabilliyini və vurduğu qolların sayını nəzərə alıram”.
M.Makri bildirib ki, həyatda hər şey kimi futbol da təkamül edir. Hazırda dünyada ən yaxşı olmaq əvvəlki illərə nisbətən daha çətindir. İndi başqa temp və başqa oyundur.