logo

Nizami rayonunda yanan evdən 2 nəfərin meyiti tapılıb

11:17 16-03-2019 | icon 3850
Nizami rayonunda yanan evdən 2 nəfərin meyiti tapılıb

Paytaxtın Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. 

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Məlumatda qeyd edilib ki, yanğın ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzildə baş verib. Bir otağının döşəməsi 1 kvadratmetr sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.