Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 8-cı turuna yekun vurulub. YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu turda Hollandiyalı Aniş Giri ilə görüşüb. Oyun 1:0 hesabı ilə hollandiyalının xeyrinə başa çatıb. Beləliklə də, Məmmədyarov 5,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirin lideri Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb.
Azərbaycan təmsilçisi yanvarın 23-dü ,9-cu turda onu 5,0 xalla izləyən rusiyalı Vladimir Kramnikla görüşəcək.