logo

"Qalatasaray" klubuna yeni prezident seçilib

23:47 20-01-2018 | icon 2674
"Qalatasaray" klubuna yeni prezident seçilib

Bu gün Türkiyənin "Qalatasaray" idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib. YeniAvropa xəbər verir  ki, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıblar. Seçkinin nəticələri gözlənilməz olub və klub rəhbərliyini şoka salıb. Belə ki, Mustafa Cengiz 1703 səs alaraq "Qalatasaray" klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.

 Qeyd edək ki, D. Özbəkin səlahiyyət müddəti bu ilin may ayında bitəcəkdi. Lakin o, futbol komandasının Super Liqada uğursuz nəticələr almasından sonra fövqəladə seçki keçirmək barədə qərar qəbul edib. D. Özbək seçiləcəyi təqdirdə 3,5 il bu vəzifədə qalacağını bildirmişdi. M. Cengiz isə may ayında yenidən seçki keçirəcəyini elan etmişdi. Beləliklə, mayda "Qalatasaray"da yenidən prezident seçkisi gözlənilir.