Fransanın Nitsa şəhərində güləş üzrə Qran-Pri turniri keçirilib. Qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb.
YeniAvropa xəbər verir ki, 10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb.
Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Səbirə Əliyeva (76 kq) isə üçüncü yeri tutub.
Qran-Pri turnirində III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.