logo

Avropa kubokunda Azərbaycanı 9 cüdoçu təmsil edəcək

19:27 01-02-2019 | icon 3283
Avropa kubokunda Azərbaycanı 9 cüdoçu təmsil edəcək

Fevralın 2-də Portuqaliyanın Odivelas şəhərində kişilər arasında açıq Avropa kuboku start götürəcək.

YeniAvropa xəbər verir  ki, qitə turnirində Azərbaycanı Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nurlan Osmanov (66 kq), Rüfət Məmmədov (73 kq), Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hər üçü 81 kq), Aslan Mirzəyev (90 kq), Süleyman Yaqubov (100 kq) təmsil edəcəklər.

35 ölkədən 230-dan çox idmançının qüvvəsini sınayacağı turnirə fevralın 3-də yekun vurulacaq.