Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
YeniAvropa xəbər verir ki, norveçli Maqnus Karlsenin (2845) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşincidir (2790).
Dünyanın 100 ən güclü şahmatçıları arasında təmsilçilərimiz Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü, Qədir Hüseynov (2664) 82-ci pillədə qərarlaşıblar.
Qadınlar arasında ilk 100-lükdə isə şahmatçılarımız Günay Məmmədzadə (2422), Xanım Balacayeva (2397) və Gülnar Məmmədova (2368) yer alıblar. Qadınların reytinq siyahısına çinli şahmatçı Hou Yifan (2662) başçılıq edir.
Xatırladaq ki, FİDE-nin dekabr ayında açıqladığı reytinq cədvəlində Şəhriyar Məmmədyarov 2817 xalla üçüncü pillədə qərarlaşmışdı. Dünya çempionu norveçli Maqnus Karlsen (2835) birinci, amerikalı Fabiano Karuana (2832) isə ikinci olmuşdu.