logo

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vurulub

22:22 29-01-2019 | icon 5649
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vurulub

Yanvarın 29-da,  İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində “The Bra” filmi nümayiş olunub.

YeniAvropa xəbər verir  ki, rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı "ARD" və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.

Rollarda Miki Manojloviç, Çulpan Xamatova, Paz Veqa, Denis Lavant, İsmayıl Quluzadə, Kazım Abdullayev, Günəş Mehdizadə, Xumar Səlimova, Mətanət Atakişiyeva, Sevinc Əliyeva və xalq artisti Hacı İsmayılov çəkiliblər. Filmin direktoru Aysel Əmirova, operatoru Asif Şirəliyev, Elman Əliyev, kostyum dizayneri Mehriban Əfəndidir. Filmdə cərəyan edən hadisələr Şanxay (Azərbaycan) ərazisində baş verir.

Qeyd edək ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Yanvarın 25-dən 29-dək davam edən festival çərçivəsində hər iki ölkənin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş 15 müasir film bir neçə seans şəklində nümayiş olunub.