Azərbaycan İsraildə keçiriləcək “Eurovision–2019” mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək.
YeniAvropa xəbər verir ki, bu , ötən gün Təl-Əviv İncəsənət Muzeyində keçirilən püşkatma mərasimindən sonra bəlli olub. Beləliklə, Azərbaycan təmsilçisi mayın 16-da səhnəyə çıxacacaq.
İkinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveçrə və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.
Yarışmanın yarımfinal müsabiqələri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də təşkil olunacaq.
Xatırladaq ki, İsrail 2019-cu ildə beynəlxalq mahnı festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.