İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək namizədlər arasında üç nəfəri müəyyənləşdirib və onlar arasında seçim aparır.
YeniAvropa xəbər verir ki, onlardan biri “Səs Azərbaycan” müsabiqəsinin final iştirakçısı Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək əsas namizəddir. İkinci namizəd “Səs Azərbaycan” proqramı ilə populyarlaşan Tofiq Hacıyevdir. Üçüncü ifaçı isə Fransanın “TF1” telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.