Bakıda türkmən xalçaçılıq və zərgərlik məhsullarının sərgisi keçiriləcək
Fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatlarının və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Türkmənistanın Bakıdakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Səfirlikdən YeniAvropa-ya verilən məlumata görə, sərgidə təmiz yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının yaranma tarixini, onun fəlsəfəsini və dünya baxışını əks etdirir.
Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksəkkeyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış məmulatlar, milli keteni, panbarxat və ştapel parça növləri ilə tanış ola biləcəklər. Sərgidə nümayiş etdiriləcək bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıqdan və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.
Sərginin bir ekspozisiyası da türkmən zərgərlərin əl işləri üçün ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və hamar naxış xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. İnanca görə ta qədimdən insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən serdolikdən hazırlanmış qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir. Bəzək əşyaları kolleksiyasına sancaq, bilərzik, qolbaq, sırğa və üzüklər daxildir. Bu məmulatların hazırlanma üsulları əsrlər boyu təkmilləşdirilir.
Sərgi məkanında məxsusi quraşdırılmış “Ak oy” adlı türkmən alaçığı tədbirə xüsusi milli ab-hava gətirəcək. Sərgi eksponatlarının bir qismi bu alaçığın içərisində nümayiş etdiriləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib