logo

Sabah Bakıda İtaliya-Azərbaycan beynəlxalq kinofestivalı keçiriləcək

20:11 24-01-2019 | icon 5649
Sabah Bakıda İtaliya-Azərbaycan beynəlxalq kinofestivalı keçiriləcək

Yanvarın 25-dən 30-dək Bakıda İtaliya-Azərbaycan beynəlxalq kinofestivalı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, festivalın keçirilməsində məqsəd müasir kinoda lazımınca qiymətləndirilməyən bir pəncərə açmaq yolu ilə iki ölkənin kinematoqrafiya dilinin, tarixinin və təkamülünün təbliğidir.

“İmago Group” prodüser evi, “Sandro Teti Editore” nəşriyyatı tərəfindən “United Culture” ilə əməkdaşlıq şəraitində təşkil olunan festival çərçivəsində beş gün müddətində italyan, Azərbaycan və beynəlxalq filmlər bir neçə dəfə nümayiş etdiriləcək.

“La Piovra” serialında canlandırdığı Tano Carridi obrazı ilə keçmiş sovet məkanında məşhur olan aktyor və rejissor Remo Girone kinofestivalın “Zoroastro” mükafatı üzrə münsiflər heyətinə rəhbərlik edəcək, italyan ssenarist və rejissor Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.

Beş gün ərzində dünyanın müxtəlif ölkələrindən olan aktyor və rejissorlar Azərbaycan paytaxtında bir araya gələcək. Bu ünsiyyət isə seminarlar, diskussiyalar, görüşlər və hətta İtaliya və Azərbaycanın kino sənayeləri arasında kommersiya mübadiləsi ilə zəngin olacaq proqramın daha da canlanmasına səbəb olacaq.