Xalq artisti Nisə Qasımova yaxın vaxtlarda Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə sarayın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, konsertdə müğənni repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını ifa edəcək.
Müğənni, həmçinin konsertdə dünya xalqlarının mahnılarına da müraciət edəcək.
Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.