logo

“Eurovision-2019” uşaq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli oldu

18:31 18-01-2019 | icon 5453
“Eurovision-2019” uşaq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli oldu

“Eurovision-2019” beynəlxalq uşaq mahnı müsabiqəsi Polşanın Krakov şəhərində keçiriləcək. Bu barədə Avropa Yayım İttifaqının baş direktoru Noel Kerran bildirib.

YeniAvropa müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, 2018-ci ildə Polşadan olan 13 yaşlı ifaçı Roksana Vengel Minskdə keçirilən “Eurovision” uşaq mahnı müsabiqəsinin qalibi olub.

Noel Kerran Polşa televiziyasının efirində deyib: “Bu, Krakovda keçiriləcək fantastik hadisə olacaq. Mən bunu səbirsizliklə gözləyirəm”.

Böyüklər üçün “Eurovision” mahnı müsabiqəsindən fərqli olaraq, “Eurovision” uşaq mahnı müsabiqəsinin qaydalarına görə, qalib ölkə müsabiqəni avtomatik olaraq növbəti il təşkil etmə hüququ əldə etmir. Növbəti müsabiqənin keçiriləcəyi yer təqdim olunan müraciətlər əsasında müəyyən edilir.