Azərbaycan Nyu-York Moda Həftəsində təmsil olunacaq
Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-Yorkda keşiriləcək Moda Həftəsində özünün “The Butterfly Effect” (“Kəpənək effekti”) adlı yeni kolleksiyasını nümayiş etdirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rüfət İsmayıl KİV-ə müsahibəsində bildirib.
Qeyd edək ki, Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda Həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci il sentyabrın 7-də moda həftəsi çərçivəsində onun «Power of fire» (“Alovun gücü”) kolleksiyası nümayiş etdirilib. Bu kolleksiya moda tənqidçiləri və beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib.
Rüfət İsmayılın «Affair» brendinin moda dəfiləsi ikinci dəfə rəsmi olaraq Nyu-York Moda Həftəsinin tədbirlər şəbəkəsinə daxil edilib. Dəfilə fevralın 13-də dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da təqdim ediləcək. Qeyd edək ki, burada müasir dövrün ən məşhur dizaynerlərinin nümayişləri təşkil edilir.
Rüfət İsmayıl Nyu-Yorkda özünün 34 modeldən ibarət «The Butterfly Effect» kolleksiyasını təqdim edəcək. Bu kolleksiyanı yaratmağa dizayneri Şimali Amerikaya səfərlərindən birində gördüyü Monarx kəpənəyi ruhlandırıb: kəpənəyin qara, narıncı və ağ rəngli naxışları kolleksiya üçün istifadə olunan parçaların həm rənglərində, həm strukturunda əksini tapıb.
2019-2020-ci illər payız-qış mövsümünün kolleksiyasından danışan Rüfət İsmayıl qeyd edib ki, bu kolleksiya cazibədarlığı ilə ağlı başdan alan, lakin əlçatmaz olan güclü, iradəli və əsrarəngiz xanımlar üçündür.
Dizayner deyib: “Mən kolleksiyanın yaradılmasında krep-şifon, ipək kimi bahalı materiallardan və fərdi sifariş əsasında Monarx kəpənəyinin qanadlarının təsviri ilə yerinə yetirilmiş parçalardan istifadə etmişəm. Əsas rənglər qara rənglə qabardılmış narıncı və zümrüdü-yaşıl rənglərdir.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib