logo

Azərbaycan filmi beynəlxalq Brüssel festivalında 

20:13 13-01-2018 | icon 4893
Azərbaycan filmi beynəlxalq Brüssel festivalında 

Yanvarın 17-dən 23-dək Brüsselin məşhur təsviri incəsənət mərkəzi BOZAR -da "Bridges. East of West Fest" festivalı təşkil edəcək. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin(MTN) sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan "Nar bağı" filmi nümayiş olunacaq. YeniAvropa  MTN-ə istinadən xəbər verir ki, Festivalda ölkəmizi filmin quruluşçu rejissoru İlqar Nəcəf təmsil edəcək. 

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Festivalda "Nar bağı" ilə yanaşı, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna filmləri da göstəriləcək.

Festival çərçivəsində keçiriləcək görüşlərdə rejissorlar öz ölkələrində kinematoqrafiya ənənələri və istehsalatı ilə bağlı müzakirələr aparacaq və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək