logo

Beynəlxalq Muğam Mərkəzi 10 illik yubileyini qeyd edəcək

11:15 26-12-2018 | icon 4802
Beynəlxalq Muğam Mərkəzi 10 illik yubileyini qeyd edəcək

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur.

YeniAvropa xəbər verir  ki,  yubiley münasibətlə dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində təntənəli tədbir keçiriləcək.

Tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək. Ardınca “Müasir musiqi alətləri ekspozisiyası”nın təqdimatı keçiriləcək. Həmçinin foyedə “Əsrlərin sədası” ansamblı çıxış edəcək.

Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin salonunda muğam konserti ilə davam edəcək.