TÜRKSOY Ankarada görkəmi qazax şairi Estay Berkimbayulınin 150 illiyi il bağlı konfrans keçirib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında görkəmi qazax şairi və bəstəkarı Estay Berkimbayulınin anadan olmasının 150 illiyi il bağlı konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, türk dünyasını təmsil edən tanınmış ədəbiyyatçıların, elm və mədəniyyət xadimlərinin, musiqiçilərin iştirakı ilə keçirilən konfransın açılışında çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Estay Berkimbayulınin həyat və yaradıcılığından danışıb.
Tədbirdə digər çıxış edənlər Estay Berkimbayulınin yaradıcılığını təhlil ediblər. Vurğulanıb ki, onun şeirləri və bəstələdiyi mahnılar bütün dövrlərdə sevilib.
Bədii hissədə görkəmli bəstəkarın mahnılarından ibarət konsert proqramı olub.