Daşkənddə SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecəsi keçirilib
Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Rus Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə xatirə gecəsi keçirilib.
YeniAvropa xəbər verir ki, Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin binasında keçirilən tədbirdə hər iki mərkəzin, eləcə digər mədəniyyət qurumlarının rəhbərləri, üzvləri, Daşkənddə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə böyük sənətkarın həyat və fəaliyyətini, eləcə də ümummilli lider Heydər Əliyev ilə görüşlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verərək deyib ki, böyük sənətkar nəinki Azərbaycanda, bütün dünyada tanınır və sevilir.
Rus Mədəniyyət Mərkəzinin sədri Aleksandr Aristov bildirib ki, Müslüm Maqomayevin mahnılarını bütün millətlər və xalqlar özününkü kimi qəbul edir. Ona görə də böyük sənətkarın mahnıları insanları və xalqları birləşdirir.
Konsert müğənni Valeri Klimovun ifasında “Azərbaycan” mahnısı ilə başlayıb. Sonra Salix Absalamov müəllifi olduğu və böyük sənətkara həsr etdiyi “Azərbaycan sevgi diyarıdır” mahnısını ifa edib. Konsertdə Ulyana Semyonovanın, Roman Muravlevin və başqalarının böyük sənətkarın mahnılarını ifa etmələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.
İfaçılara Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Rus Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim olunub.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib