logo

Azərbaycan milli mətbəxi nümunələri Ankaradakı xeyriyyə tədbirində 

15:59 25-11-2018 | icon 5642
Azərbaycan milli mətbəxi nümunələri Ankaradakı xeyriyyə tədbirində 

Ankarada Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən xeyriyyə tədbiri təşkil olunub.

YeniAvropa xəbər verir  ki, tədbirdə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Ölkəmiz hər il təşkil olunan bu ənənəvi tədbirin fəal iştirakçısıdır. Azərbaycan pavilyonunda xalqımızın zəngin milli mətbəxinin nümunələri, ləziz təamlar, ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən suvenirlər sərgilənir.