logo

Sabah Minskdə “Uşaq Avroviziya-2018”nin  finalı keçiriləcək

16:21 24-11-2018 | icon 5005
Sabah Minskdə “Uşaq Avroviziya-2018”nin  finalı keçiriləcək

“Uşaq Avroviziya-2018” mahnı festivalının rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb.

YeniAvropa xəbər verir  ki, səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-i 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Səsvermədə 3-5 iştirakçını seçmək mümkündür.

Noyabrın 25-də “Minsk Arenada” Azərbaycan, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

Xatırladaq ki, “Uşaq Avroviziya-2018” mahnı festivalında Azərbaycanı Fidan Hüseynova təmsil edir.