logo

Bakıda IV Türk film həftəsi keçiriləcək

12:32 21-11-2018 | icon 5145
Bakıda IV Türk film həftəsi keçiriləcək

 

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu haqda layihənin Bakı koordinatoru Şəhla Aslan məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.
 
Film həftəsinin ilk günü - noyabrın 23-ü, saat 20:00-da Nizami Kino Mərkəzində "Güllər" filminin qala-gecəsi reallaşacaq.