Müslüm Maqomayev adına beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş I Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Truskavets şəhər Meriyasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə müsabiqənin qalibləri müəyyənləşdirilib.
YeniAvropa xəbər verir ki, Truskavets şəhərində noyabrın 15-dən start götürən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 20 gənc vokal ifaçısı iştirak edib. Beynəlxalq musiqi yarışında ecazkar səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənc Nikita Bortsov qalib elan olunub.
Müsabiqəyə qatılanları təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edib. Əfsanəvi Azərbaycan oğlunun xatirəsinə həsr olunmuş beynəlxalq vokal müsabiqəsinin yüksək səviyyədə təşkil olunmasına görə Truskavets şəhərinin meri Andrey Kulçinsk və Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasova minnətdarlığını bildirib.
Truskavets şəhərinin meri Andrey Kulçinski isə çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyanın sevilən sənətkardır. “Bu ildən etibarən ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, - deyə mer əlavə edib.
Tədbirdə Ukraynanın xalq artistləri Qurban Abbasov, Aleksandr Dyaçenko və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bu ildən başlayaraq Truskavets şəhərində keçiriləcək beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynayacağını bildiriblər.
Sonra müsabiqənin iştirakında xidmətləri olanlara Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri diplomları təqdim olunub. Truskavets şəhər Meriyası isə Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan beynəlxalq müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edib. Müsabiqənin qaliblərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir