SSRİ xalq artisti, Dövlət mükafatı lauriatə, 82 yaşlı Oleq Tabakovun səhhəti bu gün yenidən qəflətən pisləşib və o müalicə aldığı Mockva şəhər kliniki xəstəxanasında süni nəfəs aparatına qoşulub. YeniAvropa xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.
Həkimlər sovet dövründə çox sevilən və məşhur olan kino aktyorunun vəziyyətinin ağır olduğunu bildirirlər. Verilən məlumatlarda Tabakovun qanında iltihab aşkar edildiyindən ötən gün onun təcili əməliyyat olunduğunu bildiriblər.
Xatırladaq ki, Oleq Tabakov sovet dövründə bir çox sevilən filmlərdə müxtəlif obrazlar yaradıb. "Hərb və sülh", "12 stul" , "Baharın on yeddi anı", "Dartanyan və üç muşkatyor" , "Mockva göz yaşlarına inanmır" və s. onlarla filmdə rol alan aktyor daha çox "Baharın on yeddi anı"ndakı sovet kəşfiyyatçısı Ştirliçin dostu Balter Şellenberq obrazı ilə yadda qalıb.