M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində 16 tamaşa təqdim ediləcək
Bu gündən başlayaraq noyabrın 11-dək “YARAT” Müasir İncəsənət Məkanı Bakının bir sıra sayılıb-seçilən məkanlarında ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə noyabrın 6-da festivala həsr edilən mətbuat konfransında bildirilib.
Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və layihənin bədii rəhbəri Kamran Şahmərdan Beynəlxalq Teatr Festivalı ilə bağlı məlumat verərək, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı, musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.
Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silərək, mədəniyyətləri birləşdirərək insanları bir araya gətirdiyini vurğulayıb: “Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə perfomansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik”.
Bildirilib ki, festival tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirlərinə rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla Teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər. Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək.
Festivalla bağlı "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları deyib: “M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır.
Diqqətə çatdırılıb ki, M.A.P. Festivalı Pedro Qomes-Eqanyanın noyabrın 9-dan fevralın 10-dək “YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək “Sleypnir” adlı sərgisi ilə üst-üstə düşür.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib