Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək.
YeniAvropa xəbər verir ki, buna əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir. Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.
Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb.