logo

Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd ediləcək

19:15 11-10-2018 | icon 5341
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd ediləcək

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, konsert proqramında Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natavan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana və bir sıra tanınmış müğənnilər iştirak edəcəklər.

Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan “Bakı, sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnıları səsləndiriləcək.