Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət yığmalarının Qızıl və Gümüş Avropa Liqalarındakı rəqibləri müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət yığma Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək.
Siyahıda 37-ci yerdə olan kişi komandası isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə eyni qrupa düşüb.
Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi mübarizə aparacaq. Reqlamentə əsasən, Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Avropa Liqasında da bir turnir cədvəli olacaq. Burada isə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.