logo

10 ayda Azərbaycanda yaşıl enerji istehsalı 80%-dən çox artıb

11:11 19-11-2024 | icon 462
10 ayda Azərbaycanda yaşıl enerji istehsalı 80%-dən çox artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 23 milyon 847,3 kVt/s olub.

YeniAvropa Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532 milyon kVt/s, SES-lərdə 2 563 milyon kVt/s, digər mənbələr üzrə isə 752,3 milyon kVt/s təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 515,3 milyon kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495 milyon kVt/s artaraq 3 315,3 milyon kVt/s təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 21 066 milyon kVt/s (İES-lərdə 18 676,4 milyon kVt/s, SES-lərdə 2 389,6 milyon kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 411 milyon kVt/s (İES-lərdə 199,8 milyon kVt/s, SES-lərdə 157,3 milyon kVt/s, Günəş ES-də 53,9 milyon kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,2 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 2 336,1 milyon kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 247,6 milyon kVt/s, idxalı isə 150,8 milyon kVt/s olub.

Qeyd edək ki, bu ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 060,9 milyon kVt/s olub. Bu dövrdə elektrik enerjisinin ixracı 12,02 milyon kVt/s, idxalı isə 11,4 milyon kVt/s təşkil edib.