logo

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

10:50 14-11-2024 | icon 1393
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

Noyabrın 14-də Azərbaycan paytaxtında keçirilən COP29 iqlim forumu çərçivəsində Özbəkistan Respublikasının pavilyonunda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ekologiya və ətraf mühit nazirlərinin I görüşü baş keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri və TDT-nin baş katibi iştirak ediblər. İştirakçılar təşkilata üzv dövlətlərin ekologiya nazirlərinin Bəyannaməsini imzalayıblar.

Daha sonra çıxışlar edilib.

Nazirlər və TDT-nin baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.