Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində COP29 iştirakçılarına müraciət qəbul edilib.
YeniAvropa xəbər verir ki, müraciətdə deyilir: "Biz, COP29 çərçivəsində 2024-cü il noyabrın 5-6-da Bakı şəhərində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini liderlərin qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Təşkilat Komitəsini və Zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.
Dini liderlərin qlobal Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir. COP29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.
Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvi dünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir və əks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz, dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin bir parçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirik ki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqam Yaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyada yaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs öz xitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli, təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalı bu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etmək olmalıdır.
Dini liderlər olaraq biz, öncəki COP28 Sammitində dünyada hökm sürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılması sahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını və proqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradan qaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki, Azərbaycanda keçirilən COP29, həmçinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.
Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi olduqca vacibdir. COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olan mənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyə edirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumi səylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COP tədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik. Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklif və əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etika anlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat, dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlim problemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumi hədəfə doğru nailiyyətlərimizi artırar. COP29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik. COP sessiyalarına sədr ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər.
Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının qorunması, bütün yaradılmışların və Yer üzünün xilası - qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən, Birləşmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılması zəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı Zirvə görüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycan dövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirin təşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərində uğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!".
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib