logo

60 təcili yardım briqadası "COP29"da 24 saat fəaliyyət göstərəcək

15:55 30-10-2024 | icon 3073
60 təcili yardım briqadası "COP29"da 24 saat fəaliyyət göstərəcək

Hazırda 60 təcili yardım briqadası COP29 konfransı üçün ayrılıb. Bizim briqadalar 24 saat ərzində fəaliyyət göstərəcəklər.

YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

A.Nəsirov qeyd edib ki, 100-dən artıq həkim Təcili Tibbi Yardım xidmətinə işə götürülüb: "Onlar ilkin tibbi xidmət və ingilis dili ilə bağlı təlimlərə cəlb edilib. Bundan əlavə, əlavə ehtiyat briqadalar da yaradılıb. Bizim Çağrı Mərkəzində fəaliyyət göstərən personalı ingilisdilli komanda ilə əvəz etmişik",- deyə A.Nəsirov qeyd edib.