logo


Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib

10:50 25-10-2024 | icon 2149
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib

Böyük Britaniya ilə Rusiya arasında münasibətlər ən pis dövrünü yaşayır və ölkələr arasında ikitərəfli iqtisadi əlaqələr demək olar ki, sıfra enib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin "TASS" agentliyinə müsahibəsində deyib.

“Böyük Britaniya ilə Rusiya arasında iqtisadi-ticari münasibətlər uzunmüddətli böhran dövrünü yaşayır. Buna səbəb Böyük Britaniya tərəfindən əvvəllər “strateji dayandırma” adlandırılan plandır. 2022-ci ildə isə burada “strateji məğlubiyyətdən” söhbət gedir. Hazırda çoxsaylı sanksiyalar fonunda hər hansı əlaqə praktiki olaraq mümkün deyil”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda ikitərəfli iqtisadi əlaqələr demək olar ki, sıfra enib, idxal-ixrac əməliyyatları isə 10 dəfə azalıb.

“Böyük Britaniyadan Rusiyaya yalnız cüzi məhsul çeşidi daxil olur ki, bu da əsasən tibb və qida məhsullarıdır. Ölkəmizdən Birləşmiş Krallığa ixrac isə əksər hallarda xidmətlərdən ibarətdir”, - deyə diplomat əlavə edib.